top of page

VİZA MÜDDƏTİNİN AŞILMASI SƏBƏBİ İLƏ YARANAN PROBLEMLƏR VƏ DEPORTASİYA CƏZASININ QALDIRILMASINDA ‘MODUM DANIŞMANLIK’ ŞİRKƏTİNİN ROLU

Sahəsi üzrə mütəxəssisləşmiş kollektivlə əməkdaşlıq edən ‘Modum Danışmanlık’ Azərbaycan vətəndaşlarının Türkiyədə viza müddətinin  aşılmasından  qaynaqlanan problemlərin həllindən,  deportasiya cəzalarından qurtarılma  işlərinə qədər geniş bir əhatə dairəsində xidmət göstərir.

res3.png
Qaçaq Vəziyyətdə Olanlara Müvəqqəti Yaşayış İcazəsi Alına Bilər...

Türkiyəyə qanuni yollarla gələn lakin viza müddətini pozaraq qaçaq vəziyyətdə yaşayan  Azərbaycan vətəndaşları bu vəziyyəti necə leqallaşdıra bilər? Daha sonra necə müvəqqəti yaşayış icazəsi əldə edə bilər?Bu mümkündürmü?

01.04.2014 tarixində əcnəbilərin hüquqlarının qorunması barədə 6458 saylı qanunun tələblərinə görə Türkiyədə hal-hazırda qaçaq vəziyyətdə yaşayan  Azərbaycan vətəndaşları ölkədə leqallaşa və müvəqqəti yaşayış icazəsi ala bilər.

Sözü gedən vəziyyətdə yaşayan öz istəkləri ilə qaçaq yaşadıqları müddətin

cəriməsini ödəmək şərti ilə fərqli bir ölkəyə gedərək təkrar Türkiyəyə dönməli və girişdə 10 gün içərisində müvəqqəti yaşayış izni üçün müraciət edəcəklərinə dair rəsmi sənədə imza atmalıdırlar. Yalnız bu halda əcnəbilər Türkiyədə leqal hala gələ bilər.

Siz də artıq bu gedişatı dəyişmək,qanuni olaraq yaşayış və iş izninə sahib olmaq istəyirsinzsə bu sahə üzrə professional xidmət göstərən peşəkar miqrasiya məsləhətçilərimizin təcrübəsindən yararlana bilərsiniz

damla2.png

Deport Qərarına Etiraz

Geri Göndərmə Mərkəzinə Aparılan Əcnəbilər Azadlığa Buraxıla Bilər

damla3.png
Deportasiya Cəzası Qaldırıla Bilər

Viza müddətini aşmış və müvəqqəti yaşayış icazəsi üçün müraciət etməmiş əcnəbilər Türkiyədə qaçaq vəziyyətdə yaşamış olurlar və ölkədən çıxarkən qaçaq yaşadıqları müddətin cəriməsini ödəmək məcburiyyətindədirlər. Əks təqdirdə  5 il müddətində ölkəyə girişləri qadağan olunur.

Viza müddətini aşmaqdan qaynaqlanan səbəblərlə deportasiya olunan əcnəbilərin yənidən Türkiyəyə gəlmələri mümkündürmü?

Əgər deportasiya səbəbi viza müddətini aşılması  və cəzanın ödənməməsidirsə, yəni əcnəbi vətəndaş hər hansı qanun pozuntusu, cinayət və s.kimi səbəblərdən deportasiya olunmayıbsa, qanuni olaraq təkrar ölkəyə gələ bilərlər.

res1.png
Deportasiya Cəzasının Araşdırılması

Viza müddətinin pozulması və yaxud müvəqqəti yaşayış izni olsa belə iş icazəsi olmadan işlədiyi müəyyən olunan əcnəbi,ölkədən göndərilmək üçün nəzarətə alınarsa nə etməlidir? Bu əcnəbilər azadlığa buraxıla bilərmi? Haqlarında deportasiya qərarı verilmişsə, qərar qalxa bilərmi?

 

Yuxarıda sözü gedən qanun pozuntusuna yol vermiş əcnəbilər öncə polis mərkəzinə aparılır, daha sonra ölkəni tərk etmək tələbi ilə geri göndərmə mərkəzinə yönləndirilir. Prosedur yekunlaşana qədər şəxlər nəzarətdə saxlanılır.

 

Modum Danışmanlık şirkəti uzun illər bu sahədə fəaliyyət göstərir və ixtisası üzrə uzman vəkillərlə əməkdaşlıq ədir.Əgər bəhs olunan  halla qarşılaşmısınzsa və xüsusilə  polis mərkəzində ifadə vermədən öncə bizə müraciət etdiyiniz təqdirdə  vəkillərimiz prosesi nəzarətə alaraq qanuna uyğun şəkildə sərbəst buraxılmağınızı təmin edə bilər.

Türkiyədən deportasiya olan bəzi əcnəbilər öz ölkələrinə getdikdən sonra ad,soyadlarını dəyişdirərək və yaxud başqa ölkələrdən xarici pasport alaraq Türkiyəyə yenidən giriş etmək üçün cəhd edirlər. Bu doğru bir üsul  olmadığı kimi, qanuni də deyil. Çünkü deportasiya cəzaları pasporta yox şəxsə verilir.

Halbuki,  bu cür qanundan kənar yollarla Türkiyəyə gəlməyə ehtiyac yoxdur. Çünki deportasiya  cəzası alan bir şəxsin cəzası qanuni yolla aradan qaldırıla bilər. Bu mümkündür. Deportasiya  cəzası alan əcnəbilər, cəza müddətinin  dolmalarını gözləmədən Türkiyəyə qanuni  olaraq gələ bilərlər.

 

Bundan əlavə Türkiyədən nə üçün və ya nə qədər müddətə deportasiya olunduğunuzu bilmirsinizsə, öyrənmək və qanuni yolla ölkəyə geri gəlmək istəyirsinizsə, miqrasiya məsləhətçilərimiz  və vəkillərimizdən dəstək ala bilərsiniz. 

bottom of page